Dünya

Əfqanıstanda ən azı 56 "Taliban" üzvü məhv edilib

9 Fevral 2019 21:41
0 Şərh     Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanda xarici terrorçular və "Taliban" qruplaşmasının üzvlərinə qarşı yönələn əməliyyatlar çərçivəsində ən azı 56 terrorçu məhv edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Gilmend vilayətində "Taliban" qruplaşmasının 31 üzvü məhv edilib, terrorçuların partlayıcı qurğuları, silah və döyüş sursatları ələ keçirilib.

Yerli KİV-lər qeyd edir ki, daha 11 talib xüsusi təyinatlı qüvvələrin Vardak vilayətinin Seyidabad qəzasında keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Hərbi mənbələrin məlumatına görə, digər terrorçular Loqar (2 terrorçu), Kunar (1 terrorçu), Qazni (4 terrorçu) vilayətlərində və Tarinkot (7 terrorçu) şəhərində məhv edilib.

Ölkənin Paktiya vilayətinin Caci qəzasında keçirilən əməliyyatlar nəticəsində isə xarici terrorçularla əlaqələri olan 4 nəfər saxlanılıb.

Təhlükəsizlik qüvvələri və vətəndaşlar arasında ölənlər barədə məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.