Dünya

Hindistanda saxta likördən 72 nəfər ölüb

9 Fevral 2019 20:29
0 Şərh     Baxış: 334

Hindistanın şimalında yerləşən kəndlərdə tərkibində toksik metanol olan saxta likördən 72 nəfərin öldüyü bildirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölənlərin 64-ü Uttar Pradeş ştatında yerləşən Balpur və Uttaraxand kəndlərinin sakinləridir. Daha 22 nəfər ağır vəziyyətdə xəstəxanalara aparılıb.

İnsidentlə bağlı cinayət işi açılıb, saxta içkilərin hazırlanması və satışında şübhəli bilinən 30 nəfər isə həbs olunub. Müsadirə olunan yüzlərlə litr likör analiz götürülməsi üçün laboratoriyaya göndərilib. Saxlanılan şübhəlilərin arasında 10 polis nəfərinin də olduğu bildirilir. Onlara qarşı rüşvət müqabilində saxta içki alverinə şərait yaradılması ittihamı irəli sürülüb.

Ştatın qubernatoru həlak olanların ailələrinə 2800 dollar (200 min rupi) təzminat ödəməyi qərara alıb.

Telekanalın xəbərində qeyd olunub ki, Hindistanda hər il saxta spirtli içkilərdən orta hesabla 1000 nəfər ölür.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.