Dünya

Sietldə güclü qar səbəbindən 200 aviareys ləğv olunub

9 Fevral 2019 20:27
0 Şərh     Baxış: 348

ABŞ-ın Vaşinqton ştatında yerləşən Sietl şəhərində güclü qar səbəbindən 200 aviareys ləğv olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, reyslərin ləğv edilməsi barədə qərar Sietlin şimalına qısa müddət ərzində 20 santimetr qar yağdıqdan sonra verilib.

Meteoroloqların güclü qar fırtınası barədə xəbərdarlığından sonra qubernator Cey İnsli Vaşinqton ştatında fövqəladə vəziyyət rejimi elan edib. Yerli hökumət orqanları zərurət yaranmadığı təqdirdə insanları evlərindən çıxmamağa çağırıb. Həmçinin əlverişsiz hava şəraiti ilə əlaqədar bir çox müəssisələrin fəaliyyəti dayandırılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.