Dünya

Parisdə etirazçılar banklara və kafelərə hücum edir

9 Fevral 2019 19:11
0 Şərh     Baxış: 391

Parisdə "sarı jiletlər"in keçirdiyi etiraz aksiyası banklara, kafelərə və restoranlara hücumlarla müşaiyət olunur.

Milli.Az Trend-ə istinadən bildirir ki, Yelisey çöllərindən ölkə Senatına gedən yolun ortasında etirazçılar bank filiallarına hücum edib. Böyük sığorta şirkətlərindən birinin ofisi isə tamamilə dağıdılıb. Bundan başqa bir çox şirkətin ofisləri və nümayəndəlikləri də zərər çəkib.

Qeyd olunur ki, Vojirar küçəsində etirazçılar polis avtomobillərini daşlayıb. Mediçi küçəsində də "sarı jiletlər" bir sıra kafe və restoranlara hücum edib. Polis etirazçıların qarşısını almaq üçün onlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.