Dünya

Bir qaşıq yeməyə görə 16 yaşlı qızı öldürdülər - Pakistanı lərzəyə gətirən qətl - FOTO - VİDEO

9 Fevral 2019 18:50
9 Şərh     Baxış: 2 275

Pakistanın Lahor şəhərində dəhşətli qətl hadisəsi baş verib. 16 yaşlı ev qulluqçusu ev sahibi olan xanım tərəfindən qətlə yetirilib. Qətlin səbəbi odur ki, qulluqçu qız ev sahibinin qızının yeməyindən bir qaşıq götürüb, yeyib. Bundan xəbər tutan ev sahibəsi qulluqçuya hücum edib. Əlinə keçən dəmir çubuqla qulluqçunun başına çoxsaylı zərbələr endirib. Bir də görüb ki, qulluqçu ölüb...

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, meyiti yaxınlıqdakı kanalizasiya sularının axıdıldığı gölməçəyə atıblar. Bir müddət sonra qulluqçunun cəsədi aşkar edilib.

Hazırda Pakistanda ən çox müzakirə olunan məsələ bu bədbəxt qızın qatilinin cəzalandırılması ilə bağlıdır. Xüsusi ilə sosial şəbəkə istifadəçiləri aktivdir. Onların sayəsində bu hadisəyə beynəlxalq səviyyədə maraq yaranıb. Düşünün ki, Pakistanın baş naziri İmran Xan bu məsələ ilə bağlı " Twitter" atıb.

İstintaq müəyyən edib ki, Uzma adlı qulluqçu 8 ay əvvəl işə başlayıb. Mütəmadi şəkildə ev sahibəsi tərəfindən döyülüb, təhqirlərə məruz qalıb. İstintaq Uzmanın bədəninin digər yerlərində də köhnədən qalma yara və kəsik yerləri aşkar edib.

Son dərəcə qəddar olan ev sahibəsi çalışdığı müddətdə qulluqçu qızın öz ailəsi ilə görüşməsinə, hətta onlarla telefonla danışmasına belə icazə verməyib.

O da maraqlıdır ki, Uzmanı öldürən qadın sonra polisə gedib və öz qulluqçusunu oğurluqda suçlayıb. Uzmanın valideynlərini polis idarəsinə çağırtdırıb və onları yamanlayıb.

İstintaq zamanı evdən hamını şoka salan video-görüntülər üzə çıxıb. Həmin çəkilişlərdə döyülərək ölümün bir addımına gətirilmiş Uzma aydın görünür. Pakistanda insan və qadın haqları uğrunda mübarizə aparan qruplar həmin videonun araşdırılmasını tələb edir. Video harada, nə zaman çəkilib? Bu sualların cavabı istintaq üçün də önəmlidir.

Pakistan xalqını narahat edən əsas məslə odur ki, Uzmanın zülm və zoraklıqla öldürülməsi kimi hadisələr bu ölkədə tez-tez olur. Hətta 11-12 yaşlı uşaqlar da kimlərinsə evində qulluqçu qismində işləyir və oxşar münasibətlə qarşılaşır. Qəddarlıqla öldürülən uşaq-qulluqçular da az deyil.

Hazırda ev sahibəsi bu qətlin ört-basdır edilməsi üçün ona kömək etmiş iki qadınla birlikdə həbs olunub. Pakistan xalqı ölkədə həddi-buluğa çatmamış uşaqların bu kimi işlərə cəlb olunmasına etiraz edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bir qaşıq yeməyə görə 16 yaşlı qızı öldürdülər

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    King · 9 Fevral 19:0750

    Hemise demisem hind be pakistandan murder millet yoxdu

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Fevral 19:1070

    Sen Cehennemde İnsallah hemen 16 yasli qizdan qaşığlarla kömür yiyeceksen.Cehenneme vasil olarsan İns Allah bedbext qadin .. Butun bedenim lerzeye geldi neinki onlarin hemvetenleri meni deee sarsitdi bu xeberrrr.Allah belelrinin ele belsan versin ki, butun beynelxalq aleme ders olsun

    Cavab yaz
  • Anonim
    Alina · 9 Fevral 19:1780

    İnsanlığın utancı sözün bitdiyi yer......

    Cavab yaz
  • Anonim
    Seva- - - · 9 Fevral 19:26100

    Gör bu qiz nece mecburiyyet qarwisinda qalib ki o iwgence altinda iwdiyib .Seni Allah bildiyi kimi elesin ne diyesen belesine,bu insandi?en aqir ceza verilmelidi ona

    Cavab yaz
  • Anonim
    Narcis · 9 Fevral 21:0940

    Bir millet olaraq yox olsaniz yaxsidi ele

    Cavab yaz
  • Anonim
    Men · 9 Fevral 21:2040

    Insanligin bitdiyi an. Bes o qizin valideynleri goresen harda olub? Eger sagdirlarsa ve qazana bilecek gucdedirlerse onlara da lenet olsun

    Cavab yaz
  • Anonim
    Asim · 10 Fevral 01:4122

    muselman olkelerinin hamsi beledi. avropadan oyrenilesi cox sey var. muselmanlar getdikce daha da geriye gedirler

    Cavab yaz
  • Anonim
    Daglı · 10 Fevral 14:2851

    İnsanlıgın öldüyü yerlər, bu yerlərin Allahı hara baxır görəsən?

    Cavab yaz
  • Anonim
    999 · 10 Fevral 15:0021

    Ay muselmanlar,cavab verin,niye Allah buna yol verdi ? Niye Allah razi oldu buna ? Semimi sorusuram. Niye Allah bu cur cinayete rahat goz yumur ? Axi Allah merhemetli idi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.