Dünya

"Robert Koçaryan heç bir ifadə verməyəcək"

9 Fevral 2019 17:10
1 Şərh     Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryan ona qarşı irəli sürülmüş ittihamlarla bağlı heç bir ifadə vermək niyyətində deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə sabiq prezidentin vəkili Ayk Alumyan bildirib.

Vəkil deyib ki, R.Koçaryan ona qarşı irəli sürülən ittihamları anlamır.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın həbsdən azad olunması ilə bağlı müraciəti təmin etməyib. Məhkəmə R.Koçaryanın vəkillərinin ərizələrini qəbul etməyib və sabiq ölkə rəhbərinin daha iki ay həbsdə saxlanması barədə qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığna əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.