Dünya

Dubayda hər ay 100-ə yaxın restoran və kafe açılır

10 Fevral 2019 08:31
0 Şərh     Baxış: 805

Dubay şəhərində hər ay 100-ə yaxın restoran və kafe açılır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Dubay əmirliyinin İqtisadı inkişaf departamentinin qeydiyyat və lisenziya şöbəsinin hesabatında məlumat verilir. 2018-ci ildə Dubayda 1109 kafe və restoranlar açılıb, bu keçən illə müqayisədə 9,7% çoxdur. Son hesablamalara görə, əmirlikdəki turistlərə və yerli əhaliyə xidmət göstərən yeni restoran və kafelərin ümumi sayı 11,813 çatıb.

Qeyd olunur ki, yeni otellərin, əyləncə mərkəzlərinin, tematik parkların inşa edilməsi və digər infrastruktur layihələrin həyata keçirilməsi restoran biznesinin genişlənməsinə rəvac verib.

Dubayda Expo-2020 beynəlxalq sərgisinin keçirilməsi ərəfəsində əmirlikdə bir sıra layihələr reallaşdırılıb, o cümlədən, yeni ticarət-əyləncə mərkəzləri, otellər, yaşayış binaları və parklar istifadəyə verilib. Bütün bunlar əmirlikdə restoran biznesinin inkişafına müsbət təsir göstərib.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.