Dünya

Tramp Ağ Evdə Kurtsu qəbul edəcək

9 Fevral 2019 09:15
0 Şərh     Baxış: 386

ABŞ prezidenti Donald Tramp fevralın 20-si Ağ Evdə Avstriya Respublikasının Federal Kansleri Sebastian Kurtsu qəbul edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə S.Kurts öz "Twitter" səhifəsində yazıb.

S.Kurts bildirib: "Mən fevralın 20-də Donald Tramp ilə Ağ Evdə keçiriləcək işgüzar danışıqlara görə şadam. ABŞ böyük dövlətdir və bizim ikinci ən vacib ticarət tərəfdaşımızdır. Ona görə də biz ABŞ ilə maksimum dərəcədə yaxşı və sıx münasibətlərdə həmişə çox maraqlıyıq".

Kansler əlavə edib ki, Avstriya həmçinin Avropa İttifaqının ABŞ və Avropa arasında mümkün ticarət müharibəsinin qarşısını almağa yönəldilmiş səylərini dəstəkləyir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.