Dünya

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında gərginlik artır

8 Fevral 2019 20:59
0 Şərh     Baxış: 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin oktyabrında Türkiyənin İstanbuldakı Səudiyyə Ərəbəsitanının Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı olayı ilə bağlı rəsmi Anakara yenidən bəyanat yayıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun bu haqda məlumat verib. 

O, bildirib ki, ötən müddət ərzində Camal Qaşıqçı olayı ilə bağlı Səudiyyə Ərəbistanının şəffaflığı təmin etməməsi, yəni qatilin ekstradisiya edilməməsi bir daha Səudiyyə hökuməti haqda əks fikir formalaşdırdı.

"Hadisələrin gedişatı bir daha göstərdi ki, Səudiyyə Ərəbistanı bu məsələdə hadisənin şəffafcasına araşdırılmasında maraqlı deyil" - deyə F.Altun əlavə edib.

Ərdoğan isə bildirib ki, bu olayla əlaqəli olaraq şəffaflığın təmin edilməməsi Səudiyyə Ərəbistanı hökumətinin özü üçün yaratmaq istədiyi inama zərbə vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.