Dünya

Yerevanda Paşinyana qarşı aksiya: “Vədləri yerinə yetirmir, maaş azdır...”

7 Fevral 2019 20:44
0 Şərh     Baxış: 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyaları başlayıb.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, aksiya iştirakçıları maaş azlığı əleyhinə nümayiş keçirirlər. "Müəllimlər, hərbçilər, dövlət işçiləri, taksi sürücüləri aldıqları maaşla ailələrini dolandıra bilmirlər. Onların 99%-i əlavə pul qazanmaqda çətinlik çəkirlər", - deyə aksiyaçılardan biri deyib.

Etirazçılar baş nazir Nikol Paşinyanı vəzifəyə seçilməzdən əvvəl verdiyi vədləri yerinə yetirməməkdə günahlandırıblar: "Nikol Paşinyanın özü vəd vermişdi ki, hamı üçün bərabər imkanlar olacaq. Nə üçün səs yığmaqdan ötrü insanları eyforiya vəziyyətinə saldı? Paşinyan heç bir inqilab etmədi, Serj Sarkisyan hakimiyyəti ona məcməyidə "hədiyyə etdi". Paşinyan Levon Ter-Petrosyanın etdiyini edir - "ağ soyqırım" törədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.