Dünya

Mixeil Saakaşvili: “Rusiya və Gürcüstan arasından Ermənistana yol çəkilməsi faciədir”

6 Fevral 2019 20:54
2 Şərh     Baxış: 1 524

"Rusiya və Gürcüstan arasından Ermənistana dəhlizin çəkilməsi haqqında müqavilənin imzalanması faciədir".

Milli.Az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Abxaziya və Cənubi Osetiya ərazisindən keçməklə Gürcüstanla Rusiya arasında yeni buraxılış məntəqələrinin açılmasını "Facebook" səhifəsində belə dəyərləndirib.

"Mən bu məntəqələrin 2012-ci ildə bizim beynəlxalq səviyyədə tanınan sərhədlərimizdə qoyulması barədə razılığa nail olmuşdum. Bu, İvanişvilinin təslim olmasıdır. Bu, gürcü dövlətçiliyi üçün uzunmüddətli faciə olacaq", - deyə o yazıb.

Bildirilib ki, Rusiya ilə Gürcüstan arasında əldə edilən razılaşmaya əsasən, buraxılış məntəqələri Abxaziya və Cənubi Osetiya ərazilərində qoyulacaq. Məntəqənin işini İsveçrənin SGS şirkəti təşkil edəcək. 

Milli.Az 

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Seva- - - · 6 Fevral 21:0920

    Ermenistan deyilirse doqurdanda faciedi olarda xeyr olmaz

    Cavab yaz
  • Anonim
    Zamin · 6 Fevral 21:5810

    Misa doqurdanda uraylarda yasayacaq.Gozal insan

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.