Dünya

Nikol “Bolton planı”ndan imtina edir: Bakı hücum edəcək

6 Fevral 2019 19:54
5 Şərh     Baxış: 2 541

Paşinyan Düşənbə danışıqlarından bu yana Qarabağın həlliylə bağlı zamanı uzatmağa çalışıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə Daşnaksütyun Partiyasının rəsmi yayım orqanlarından biri olan "Yekramas" portalı çıxış edib. Sayt Paşinyanın "sülh qarşılığında torpaq" formulunu özündə əks etdirən "Bolton planı"nı reallaşdırmağa, yəni real güzəştlərə hazır olmadığını bildirib:

"Aydındır ki, proses dönəmində Paşinyan "Bolton planı"nın reallaşdırılması zamanı hakimiyyətini birinci prezident Levon Ter-Petrosyan kimi itirmək təhlükəsi hiss edib. Ona görə də Paşinyan geriyə çəkilərək, danışıqları dalana dirəyib. Baş nazirin problemlə bağlı dəqiq görüntüyə sahib olmaması sayəsində Ermənistan tükdən asılı vəziyyətə düşüb. Bizim Rusiya ilə münasibətlərimiz gərgindir, açıq şəkildə konfliktin hərbi həlli olduğunu bəyan edən məyus olmuş Azərbaycan və özünü aldadılmış hiss edən, planı sona qədər icra edilməyən ABŞ var. Paşinyanın son zamanlar apardığı siyasət böyük optimizm yaratmır. Belə ki, artıq Paşinyanın incə oyun aparıb hakimiyyətdə qalmaqla bərabər, dövləti hərbi konfliktə cəlb etməyəcəyi inandırcı görünmür".

Milli.Az 

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Paşinyan · 6 Fevral 20:3200

    hakmiyyətə inqilabi yolla nail oub. Onun niyyəti nədirsə onu da etməyə çalışacaq. Onun rəhbərlik etdiyi Mənim Addımım partiyasının adından da bu görunur. Görək bu hansı addımları atacaq.Səhvə yol versə həm özünü həm də milləti məhvə dogru sürükləyəcək.

    Cavab yaz
  • Anonim
    Daglı · 6 Fevral 21:5730

    Haşinyana oxşayır köpəkoglu

    Cavab yaz
    • Anonim
      Daglı · 6 Fevral 22:1040

      Çünki haşinyanla eyni xislətdədi

      Cavab yaz
  • Anonim
    VƏTƏNDAŞ · 6 Fevral 23:1620

    ERMƏNİSTANI DİVARA DİRƏMƏK VAXT QOYMAQ LAZIMDIR YA TORPAQLARIMIZDAN CIXIN RƏDD OLUN YA DA MÜHARİBƏ YOLU BAŞQA YOLUMUZ YOXDUR HEC OLMASA BALALARIMIZ SAKİT DİNC YAŞAYAR İNDƏN BELƏ.

    Cavab yaz
  • Anonim
    *(*(* · 6 Fevral 23:4500

    Bezdik daha ya biryolluq unudaq getsin ya da müharibə yolu ilə alaq torpaqlarımızı. Sülhnən çıxan deyillər.Orada anadan olub yaşayan ermənilər oranı öz vətəni hesab edirlər !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.