Dünya

ABŞ bu ölkədən hərbi qüvvələrinin yarısını yaxın vaxtlarda çıxaracaq

6 Fevral 2019 18:19
0 Şərh     Baxış: 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ABŞ-la "Taliban" hərəkatı arasındakı danışıqlarda fevralın əvvəlindən aprel ayının sonunadək bu ölkənin hərbi qüvvələrinin yarısının Əfqanıstandan çıxarılacağı vədi verilib".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Moskvada keçirilən Əfqanıstandakı Tərəflərarası Forum zamanı "Taliban"ın sözçüsü Mövləvi Əbdüsalam Hənəfi jurnalistlərə bildirib.

"Taliban" nümayəndə heyətinin başçısı Şir Məhəmməd Abbas Stənikzai forumda hərəkata qarşı qüvvədə olan sanksiyaların sülhün əldə olunmasına əngəl yaratdığından onların ləğv edilməsi zərurətini diqqətə çatdırıb.

"Sülh danışıqları ilə sanksiyalar bir-birinə zidd davranışlardır, yanaşı yürüdülə bilməz. Təzyiq vasitəsi kimi istifadə olunan bütün bu əsassız sanksiya və siyahılar ortadan qaldırılmalıdır ki, "Taliban" nümayəndələri müxtəlif yerlərdə sülh danışıqlarında maneəsiz iştirak edə bilsin", - "Taliban" təmsilçisi vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.