Dünya

Kaliforniyada "Luçian" qasırğası tüğyan edir

6 Fevral 2019 21:44
0 Şərh     Baxış: 515

Kaliforniyada böyük miqdarda yağıntının düşməsi və nəticədə təhlükəli sürüşmələrin əmələ gəlməsinə səbəb olan "Luçian" qasırğası tüğyan edir. Əsas şosedə hərəkət o dərəcədə təhlükəli olub ki, fevralın 5-də ştatın hakimiyyət orqanları Kaliforniya ştatındakı Epplgeytdən Nevada ştatının sərhədinədək ştatlararası 80-ci şoseni bağlamaq qərarına gəliblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qrepvayn yaxınlığında ştatlararası 5-ci trasın ərazisindəki Texon aşırımı vasitəsilə hərəkətə Kaliforniya Yol Xidmətinin patrulları nəzarət edirdilər. Yağan sulu qar dağlarda torpağın yumşalmasına gətirib çıxarıb ki, bu da Frimont rayonunda 84-cü trasa qaya parçalarının düşməsinə səbəb olub. Buna görə də yol ikigünlük bağlanılıb. Analoji səbəb ucbatından San-Fransisko körfəzinin rayonunda 150-ci tras da bağlanılıb. San-Fransisko, Napa dairəsi və Sakramento vadisinə də görünməmiş miqdarda yağıntı düşüb.

Kaliforniya Yol Xidmətinin məlumatına görə, digər traslar da bağlanılıb. Bundan başqa, dairələrin hakimiyyət orqanları qar fırtınası ilə əlaqədar Syerranın qərb hissəsində və Taxo gölündə 5 dağ-xizək kurortunun bağlanmasını tapşırıblar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.