Dünya

Azərbaycandan qayıdarkən yol qəzasına düşən sabiq mer vəfat etdi - FOTO

6 Fevral 2019 11:29
0 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin sabiq meri 61 yaşlı Vano Zodelava dünyasını dəyişib.

Milli.Az report-a istinadən bildirir ki, bunu onun ailəsinə yaxın şəxslər bildiriblər.

V.Zodelava 2017-ci iyulunda Azərbaycandan səfərdən qayıdan zaman taksidə olarkən Tbilisi yaxınlığında, Kvemo Poniçala ərazisində ağır yol qəzasına düşüb. Nəticədə taksi sürücüsü ölüb, V.Zodelava isə başından ciddi zədə alıb. O, koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Sabiq mer huşsuz vəziyyətdə təxminən bir il yarım həkimlərin nəzarəti altında olub.

Qeyd edək ki, V.Zodelava 1997-1998-ci illərdə Poti şəhəri, 1998-2004-cü illərdə isə Tbilisi şəhərinin meri olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.