Dünya

Ukraynada ağır yol qəzası: 6 nəfər həlak olub

5 Fevral 2019 21:36
0 Şərh     Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Donetsk-Zaporojye magistralında baş verən yol qəzası nəticəsində 6 nəfər həlak olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti xəbər verir ki, "Daewoo Lanos" və "Chevrolet Lacetti" markalı avtomobillərin toqquşması nəticəsində hadisə yerində beş nəfər ölüb, üç nəfər ağır xəsarət alıb. Yaralılardan biri sonradan xəstəxanada keçinib.

Zərbənin gücündən "Chevrolet Lacetti" markalı avtomobil alışıb.

Xatırladaq ki, rəsmi statistikaya görə, 2018-ci ildə Ukraynada gündə orta hesabla 9-10 nəfər yol qəzasında həlak olub. Ötən il 3350 nəfər yol qəzalarının qurbanı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.