Dünya

Rusiya Qırğız Respublikasında daha bir hərbi baza yarada bilər

4 Fevral 2019 14:26
1 Şərh     Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Qırğız Respublikası ərazisində daha bir hərbi bazasının yaradılması məsələsini müzakirə etməyə hazırdır.

Milli.Az report-a istinadən bildirir ki, bunu Qırğız - Rus Slav Universitetindəki çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Bu, bizim təşəbbüsümüz deyil. Bunu ilk dəfədir eşitdik, qırğız dostlarımızda yaranan təhlükəsizlik barədə fikirlərini müzakirə etməyə hazırıq", - rusiyalı nazir deyib.

Qeyd edək ki, ötən həftə Qırğız Respublikasının Rusiyadakı səfiri Əlibəy Jekşenqulov ölkə ərazisində Rusiyanın sayca ikinci hərbi bazasının yaradılmasını istisna etməyib.

Hazırda Qırğız Respublikası ərazisində, paytaxt Bişkəkdən təqribən 20 kilometr şərqdə Rusiyaya məxsus Kant aviabazası fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.