Dünya

ABŞ-da 2 evin üzərinə təyyarə düşüb: 5 nəfər ölüb - YENİLƏNİB - VİDEO - FOTO

4 Fevral 2019 17:51
0 Şərh     Baxış: 1 372
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:51

ABŞ-ın Kaliforniya ştatında 2 evin üzərinə "Cessna 414" tipli təyyarə düşüb.

Milli.Az "ölkə.az"a istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər də yaralanıb.

Hadisə Yorba Linda bölgəsində baş verib. İki mühərrikli təyyarə Fullerton şəhərindəki hava limanından qalxdıqdan bir müddət sonra iki evin üzərinə çırpılıb. İnsident zamanı pilot və evlərdəki 4 nəfər həlak olub. 2 nəfər isə xəsarət alıb.

Qəzadan sonra güclü yanğın başlayıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər iki saatlıq mübarizədən sonra alovu söndürüblər. Qəzanın səbəbi araşdırılır.

---------

08:07

ABŞ-ın Kaliforniya ştatında təyyarənin yaşayış sahəsinə düşməsi nəticəsində 2 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində yaralananlar var.

"Cessna 414A" təyyarəsi Fullerton bələdiyyə hava limanında havaya qalxıb, qəzanın səbəbləri məlum deyil. Təyyarənin düşməsindən sonra yanğlın baş verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Два человека погибли при падении самолета на дома в Калифорнии

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.