Dünya

Azərbaycan NATO-nun Gürcüstandakı qış dağ hazırlığı kursunda təmsil olunur - FOTO

3 Fevral 2019 23:37
0 Şərh     Baxış: 813

Gürcüstanın Mtsxeta-Mtianeti regionunda, Qudauri qəsəbəsində NATO-ya üzv və tərəfdaş ölkələrin hərbçiləri üçün aralıq qış dağ hazırlığı kursu keçirilir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Kurs Alyansın "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində polkovnik Besik Kutateladze adına Saçxere Dağ Hazırlığı Məktəbi tərəfindən keçirilir.

Kursda Azərbaycan, Litva, Belarus, Ukrayna və Gürcüstanın, ümumilikdə 14 hərbçisi iştirak edir. Azərbaycanı təlimdə 1 hərbçi təmsil edir.

Təlim çərçivəsində hərbçilər xizəklərlə hərəkət etmə texnikası və enişli yollarda maneələr cərgəsini keçmək, qarda gecə sığınacağının qurulması və qar uçqununa düşən şəxsin xilas olunması üzrə biliklər əldə edirlər.

Hərbçilər qış dağ hazırlıq kursunun ilkin mərhələsini Samtsxe Cavaxeti bölgəsinin Abuli dağında keçiblər.

Kurs fevral ayının 8-də başa çatacaq. İştirakçıların hamısı sertifikatlar və mükafat nişanları ilə təltif olunacaqlar. Hazırlıq prosesində fərqlənmiş hərbçilərə qrup rəhbəri tövsiyənamə verəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.