Dünya

Ukraynada prezident seçkiləri ilə bağlı sənəd qəbulu başa çatıb

3 Fevral 2019 21:08
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı namizədliyin qeydə alınması məqsədilə sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün nəzərdə tutulan vaxt bu gün başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ukrayna MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, namizədlərin qeydə alınması prosesi fevralın 8-də başa çatacaq. Artıq 28 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb. Prezidentliyə namizəd olmaq istəyən 74 nəfər sənədlərini MSK-ya təqdim edib.

Qeyd edək ki, Ukraynada prezident seçkisi martın 31-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.