Dünya

Almaniyada dəhşətli hadisə: 23 uşağı zorlayıb, videolarını çəkdilər... - FOTO

3 Fevral 2019 14:29
0 Şərh     Baxış: 2 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada yerləşən piknik ərazisinin birində səyahət avtobusunda 23 uşağa təcavüz edilib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, saxlanılan 3 nəfərin 23 uşağa təcavüz etdiyi bildirilir. Onların arasında 56 yaşlı kişi əsas şübhəli qismində saxlanılıb. Bu barədə polisin verdiyi açıqlamada vurğulanır. Lakin hələlik onların adları gizli saxlanılır.

Ən dəhşətlisi isə budur ki, 10 ildir öz çirkin əməllərindən əl çəkməyən manyakların bu günə qədər 1000-ə yaxın uşağı zorladığı bildirilir.

Almaniya polisinin illərdir ki, davam etdirdiyi araşdırma nəticəsində və zərərçəkmişlərin də ifadəsi ilə bu dəstənin üzvləri ələ keçirilib. Onlara aid səyahət avtobusundan 12 min video görüntü tapılıb.

Araşdırmalar zamanı təcavüz edənlərdən ikisinin videoları çəkdiyi, 46 yaşlı digər kişinin isə bu iyrənc görüntüləri internet vasitəsilə satdığı məlum olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.