Dünya

Misirdə içərisində 40 mumiya olan nekropol aşkarlanıb - FOTO

2 Fevral 2019 23:14
0 Şərh     Baxış: 1 067

Qahirənin 250 metr yaxınlığında Əl-Minya əyalətinin Tuna əl-Qəbəl rayonunda içərisində 40 mumiya, bəzək əşyaları və qızıl maska olan nekropol aşkarlanıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Misirin qədim abidələr naziri Xalid əl-Anani bildirib. Onun sözlərinə görə, bu, cari ildə ilk arxeoloji tapıntıdır.

Yerin təxminən 10 metr dərinliyində müxtəlif yaş və sosial statusa malik mumiyalar olan sərdabalar tapılıb. Belə ki, bəzi mumiyalar kətan parçalara bükülərək daş və ya taxta sərdabaya qoyulub, bəziləri torpağa, digərləri isə döşəməyə və ya yeraltı taxçaya uzadılıblar. Bu qədər böyük müddətin keçməsinə baxmayaraq, mumiyalar yaxşı vəziyyətdə qalıblar. Mumiyaların onu uşaqlara aiddir. İnsan qalıqlarından əlavə, qəbiristanlıqda papiruslar, gil qab-qacaq və mumiyalar üçün rənglənmiş sərdabalar da aşkar edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.