Dünya

Kişi 20 yaşlı sevgilisini küçədə güllələyib, intihar etdi - Cinayət anı kamerada - VİDEO - FOTO

31 Yanvar 2019 12:12
0 Şərh     Baxış: 5 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə cinayət faktı qeydə alınıb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, 44 yaşlı kişi 20 yaşlı sevgilisini küçədə qətlə yetirib.

Hadisə Muğla şəhərinin Fethiye qəsəbəsinin mərkəzindəki küçələrin birində baş verib. 44 yaşlı Serdal İncedayı 20 yaşlı sevgilisini güllələyib, sonra da intihar edib.

Yaxın məsafədən qıza 7 dəfə atəş açan kişi sonradan silahı başına dirəyərək özünü öldürüb.

Hadisənin baş verdiyi an təhlükəsizlik kamerasına düşüb.

Serdal İncedayının sosial media hesabında tez-tez silah şəkilləri paylaşması diqqət çəkib.

Hadisənin səbəbi dəqiq bilinmir. Cinayətlə bağlı araşdırma aparılır.

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kişi 20 yaşlı sevgilisini küçədə güllələyib, intihar etdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.