Dünya

16 yaşlı qız küçədə öldürüldü - Səbəb - VİDEO - FOTO

31 Yanvar 2019 11:22
19 Şərh     Baxış: 12 103
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16 yaşlı qız niqabını açmadığına görə küçədə öldürülüb.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İsrail əsgərləri Qüdsün şərqində dərsdən çıxıb evə gedən 16 yaşlı qızı güllələyiblər.

Qüdsün al-Zaayim nəzarət məntəqəsindən keçən 16 yaşlı qız niqabını açmadığına görə qətlə yetirilib.

Fələstinin xəbər agentliyi WAFA hadisə anı ilə bağlı görüntülər yayıb. İsrail mətbuatının yaydığı məlumatda isə bildirilir ki, qız əsgərlərə bıçaqla hücum edib.

Görüntülərə görə isə, israilli əsgərlər hətta yerdə uzanan qızın cəsədinə silah tuşlayıblar. Əsgərlərin çəkinərək açdığı çantadan isə kitablar çıxıb.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
16 yaşlı qız küçədə öldürüldü - səbəb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.