Dünya

İRANDA ŞOK: Deputatın zorladığı qızın dosyesini araşdıran vəkil yoxa çıxdı

30 Yanvar 2019 21:38
Baxış: 4 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvarın 6-da anasının evində meyiti tapılan Zəhra Nəvidpurun qətl dosyesini araşdıran güney azərbaycanlı hüquqşünas Məhəmməd Güneyli İran İslam İnqilabı Keşikçilər Korpusu ("Sepah") tərəfindən saxlanılıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bundan əvvəl hüquqşünasın Tehrandakı evində axtarış aparılıb.

Axtarışlar zamanı Məhəmməd Güneyliyə aid elektron avadanlıqlar, kompüter və bir neçə kitab müsadirə edilərək götürülüb. Hüqşünasın harada saxlanılması barədə ailəsinə məlumat verilməyib.

Qeyd edək ki, Məhəmməd Güneyli hüquq üzrə universitet məzunudur.

O, daha bir neçə hüquqşünasla birlikdə Zəhra Nəvidpurun dosyesini qanun çərçivəsində araşdırmaq istəyib.

Əlavə edək ki, 28 yaşlı Zəhra Nəvidpur 4 il İran parlamentinin deputatı Salman Xudadadinin cinsi təcavüzünə məruz qalıb. Bu məsələni ifşa edən 28 yaşlı qız millət vəkili və onun əlaltıları tərəfindən hədələnib.

Yanvarın 6-da anasının evindən meyiti tapılan Zəhranın öldürülməsi barədə ehtimal var.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.