Dünya

Nənə və babadan dəhşətli əməl: 11 aylıq nəvələrini sobada yandırdılar

30 Yanvar 2019 20:19
5 Şərh     Baxış: 2 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Xakasiya vilayətinin Taptış rayonunun kəndlərindən birində sobanın içərisində 11 aylıq körpənin külə dönmüş meyiti tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə haqqında Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsinin mətbuat xidməti məlumat yayıb.

Müstəntiqlərin məlumatına əsasən, uşağın anası oğlunu 42 yaşlı nənəsi və 47 yaşlı babasının yanında tərk edərək qonşu kəndə gedib. İçkili halda olan qohumlar qətl törədiblər. Körpənin sobadakı meyitini ailənin qohumlarından biri aşkar edib.

Hazırda şübhəlilər saxlanılıb, hadisənin səbəbləri araşdırılır.

Müstəntiqlər tərəfindən "Azyaşlının ölümü" maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.