Dünya

Baş katib: "OPEC neft qiymətlərinin 2019-cu ildə aşağı düşməsinə imkan verməyəcək"

26 Yanvar 2019 18:10
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yenicə ən uzun və ən ağır tənəzzüldən çıxmışıq. Ən azı bazarın və ya sənayenin bu böhran quyusuna yenidən düşməsinə imkan verməyəcəyik. Buna görə də 2019-cu ilin hamımız - OPEC və OPEC+ ölkələri, eyni zamanda istehlakçı ölkələr üçün balanslaşdırılmış bazar olaraq qalmasında maraqlıyıq.

Milli.Az bildirir ki, "Reprot" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.

Onun sözlərinə görə, ehtimal az olsa da, təşkilata üzvlüyə qoşulmaq istəyən ölkələrin olacağı da istisna deyil.

M.Barkindo son bir neçə il ərzində Qabonun yenidən OPEC-ə daxil olduğunu, Ekvatorial Qvineya və Konqonun da təşkilata qoşulduğunu xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.