Dünya

Səudiyyə Ərəbistanı Avropa İttifaqının “qara siyahısı”na daxil edilib

26 Yanvar 2019 17:20
0 Şərh     Baxış: 596

Avropa İttifaqı Səudiyyə Ərəbistanını "terroru maliyyələşdirən və çirkli pulları yuyan" ölkələrin siyahısına daxil edib.

Milli.Az bildirir ki, "Report" "yeniakit"ə istinadən xəbər verir ki, bu məlumatı "Reuters" yayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı terrorun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı lazımi addımlar atmayıb.

Avropa İttifaqının "qara siyahısı" İran, İraq, Suriya, Əfqanıstan, Yəmən, Şimali Koreya daxil olmaqla 16 ölkədən ibarətdir. 2017-ci ildən sonra bu siyahı ilə bağlı meyarlar daha da təkmilləşdirilib. Hazırda bu siyahı çirkli pulların yuyulması və terrorun maliyyələşdirilməsinə qarşı mübarizə üçün qurulan Çirkli Pulların yuyulmasının qarşısının alınması ilə bağlı Maliyyə Fəaliyyəti Qrupunun (FATF) istifadə etdiyi kriterilər əsasında formalaşır.

Səudiyyə Ərəbistanı rəsmiləri hələ ki, məsələni şərh etməyiblər. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.