Dünya

Dövlət Dumasının rəhbəri “Google” şirkətini təhdid etdi

24 Yanvar 2019 19:04
1 Şərh     Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin tövsiyə edib ki, "Google" şirkətinin nümayəndəsi parlamentə dəvət edilsin.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, buna səbəb kimi "Google" internet-axtarış sisteminin xəritələrində Krım yarımadasının Rusiya ərazisi kimi qeyd olunmaması göstərilib. Volodinin fikrincə, bununla "Google" Rusiya Konstitusiyasını pozur.

"Google" şirkəti öz xəritələrində Krımı başqa dövlətin ərazisi kimi göstərir, bu gün isə bu, Rusiyanın ərazisidir. Bu, bizim Konstitusiyamızın pozulmasıdır, qanunlarımızın pozulmasıdır. Buna görə də, düzgün olardı ki, təhlükəsizlik komitəsi "Google" şirkətinin nümayəndəsini dəvət etsin və mövqeyimizi ona çatdırsın. Sonra isə qərar qəbul edilsin", - Volodin deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.