Dünya

Rusiyadan ABŞ-a kəskin Venesuela xəbərdarlığı: Fəlakət ssenarisi olacaq

24 Yanvar 2019 14:23
0 Şərh     Baxış: 2 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Venesuelanın daxili işlərinə müdaxilə, xüsusilə hərbi müdaxilə təhlükəsinə dair ABŞ-a kəskin xəbərdarlıq edib. 

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyanat verib.

"Biz bununla bağlı xəbərdarlıq edirik. Hesab edirik ki, müdaxilə faktı bir fəlakət ssenarisi olacaq. Bu, bizim Latın Amerikası regionunun inkişafı üçün gördüyümüz modeli laxladacaq" - Ryabkov bəyan edib.

XİN rəsmisi vurğulayıb ki, Venesuela Rusiyanın dəstəklədiyi və dəstəkləməyə davam edəcəyi bir strateji tərəfdaşdır.

Xatırladaq ki, ötən gecə Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. Birləşmiş Ştatlar və daha 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.