Dünya

Gürcüstanda qrip virusunun ikinci dalğası gözlənilir

24 Yanvar 2019 14:09
1 Şərh     Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan qrip virusunun ikinci dalğasına hazırdır.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

O deyib ki, ölkədə "Tamiflu" dərman preparatının kifayət qədər ehtiyatı var: "Bizim qrip virusunun yayılmasının müşahidəsi ilə bağlı çoxillik göstəricilərimiz var. Bir, iki və ya daha çox dalğa ola bilər. İkinci dalğanın fevral ayında olacağı mütləq deyil, lakin ölkə buna hazır olmalıdır".

A.Qamkrelidze qeyd edib ki, fevralda qrip virusunun yayılması göstəricisi artsa, səhiyyə sistemi müvafiq tədbirlər həyata keçirəcək.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə qrip virusundan 21 nəfər ölüb. Onların 19-nun "donuz qripi" adlandırılan A (H1N1) virusundan ölməsi laboratoriya şəraitində təsdiq olunub. Hazırda xəstəxanalarda 750-ya yaxın insan qripdən müalicə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.