Dünya

Xəstəxana işçisi komada olan qadını zorladı, hamilə qalan qadın doğdu - FOTO

24 Yanvar 2019 15:46
9 Şərh     Baxış: 4 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14 il komada olan qadın ötən ay doğum edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, qeyri-adi olayla bağlı xəstəxanada işləyən kişi saxlanılıb.

O, aparata bağlı vəziyyətdə olan hərəkətsiz qadını zorlamaqda ittiham olunur.

Finiks polisi bildirib ki, 36 yaşlı Nathan Sutherland şübhəli kimi saxlanılıb. Uşağın DNT-si ilə onunku uyğunlaşıb.

Hələlik ifadə verməyən Nathan 2011-ci ildən həmin xəstəxanada çalışıb.

Hadisə ABŞ-ın Arizona ştatının Finiks şəhərindəki xəstəxanada baş verib.

Qeyd edək ki, komada olan şəxs 29 yaşlı qadındır. O, on ildən çoxdur ki, 60 yataqlı müalicə mərkəzindədir.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.