Dünya

Quterreş Venesueladakı siyasi qüvvələrə çağırış etdi

24 Yanvar 2019 13:46
0 Şərh     Baxış: 1 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT-nin Baş katibi Antoniu Quterreş Venesuelada siyasi qüvvələri dialoqa çağırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, A.Quterreş bu çağırışı Davosda Dünya İqtisadi Forumunda edib.

O, dialoqun mümkünlüyünə inandığını bildirib:

"Bu, ölkə əhalisi və region üçün faciəyə çevriləcək münaqişənin qarşısının alınması üçün vacibdir".

Qeyd edək ki, daha əvvəl Venesuela Milli Assambleyasının sədri və müxalifət lideri Xuan Quaydo özünü prezidentin vəzifəsini icra edən elan edib. ABŞ Prezidenti Donald Tramp X.Quaydonu artıq Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.