Dünya

ABŞ-ın Venesueladakı səfirliyi adi rejimdə işləyəcək

24 Yanvar 2019 13:39
0 Şərh     Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Venesueladakı səfirliyi yanvarın 24-də adi rejimdə işləyəcəyini açıqlayıb.

Milli.Az bildirir ki, bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"ABŞ səfirliyi adi iş saatlarında fəaliyyət göstərəcək və yanvarın 24-də də təcili yardıma ehtiyacı olan bütün ABŞ vətəndaşlarını qəbul edəcək", - səfirliyin saytında bildirilib.

Eyni zamanda, səfirlikdən qeyd ediblər ki, viza üçün bütün qeydlər bugünlük ləğv olunub.

ABŞ vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən və nümayişlərdən uzaq qalmaq tövsiyə edilib.

Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə qanuni hakimiyyət kimi onu dəstəkləyib.

Daha əvvəl Nikolas Maduro ABŞ ilə diplomatik əlaqələrin kəsildiyini açıqlayaraq, Birləşmiş Ştatlarının diplomatik personalına ölkəni tərk etmək üçün 72 saat vaxt verib. Buna cavab olaraq, ABŞ dövlət katibi Maykl Pompeo bəyan edib ki, N.Maduro qeyri-qanuni prezidentdir və onun kiminləsə diplomatik əlaqələri kəsmək hüququ yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.