Dünya

Dünyanın ən bahalı hərbi qənimətləri

24 Yanvar 2019 10:53
0 Şərh     Baxış: 1 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hərbi antikvar həvəskarları nadir əşyalara sahib olmaq üçün milyonlar ödəməyə hazır olublar.

Milli.Az ölkə.az-a istinadən bu gün oxucularına dünyanın ən bahalı hərbi artefaktlarının siyahısını təqdim edir:

"Hawker Hurricane" qırıcısı: 2.1-2.6 milyon dollar

Hərraclarda iri hərbi texnika nadir hallarda satışa çıxarılır. Bir dəfə satışa əsl hərbi qırıcı, "Hawker Hurricane" çıxarıldı. Bu qırıcı 1942-ci ildə istehsal edilib. Qırıcılar sahil mühafizəsi üçün nəzərdə tutulub.

Edvard Kenin mükafatları: 990 min dollar

990 min dollara satılıb. Sıravi Edvard Kenin ordenlərinə bu qədər pul ödənilib. Onlar arasında Britaniyanın ən bahalı mükafatı - Viktoriya Xaçı da var. Əsgər yapon pulemlyotçularının olduğu bunkeri dağıtdığı üçün 1945-ci ildə bu mükafata layiq görülüb. Amma Kenin nədən bu mükafatla "vidalaşması" sirr olaraq qalıb.

Hitlerin yazı cihazı : 423 min dollar

Hitler dünya tarixinin ən maraqlı şəxsiyyətlərindən biridir. Bu səbəbdən fürerin əşyalarını almaq istəyən insan da çoxdur. Onlar arasında ən bahalısı isə yazı cihazıdır. Müharibədən sonra ABŞ-a aparılan cihaz 423 min dollara satılıb. Deyilənlərə görə, Hitler 1938-ci ildə bu yazı cihazı ilə müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.