Dünya

İndoneziyada daşqınlar nəticəsində 26 nəfər ölüb

24 Yanvar 2019 09:38
0 Şərh     Baxış: 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın Sulavesi adasında güclü daşqınlar nəticəsində azı 26 nəfər ölüb, daha 24 nəfər itkin düşüb.

Milli.Az report-a istinadən bildirir ki, bunu cümə axşamı Cənubi Sulavesi əyalətinin Təbii Fəlakətlərin Qarşısının alınması Agentliyinin rəhbəri deyib.

Məmurun sözlərinə görə, təbii fəlakət səbəbindən 3,9 mindən çox insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Bir neçə gün davam edən yağışlar suyun əyalətin inzibati mərkəzi olan Makasar şəhərindən təqribən 30 km məsafədə yerləşən Bili-Bili bəndini aşmasına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.