Dünya

AŞPA ictimai media xidmətlərinə dair qətnamə qəbul edib

24 Yanvar 2019 08:16
0 Şərh     Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Şurası Parlament Assambleyası (AŞPA) dezinformasiya və təbliğat kontekstində ictimai media xidmətinə dair qətnamə qəbul edib.

Milli.Az "Report"a istinadən bildirir ki, ictimai mətbuat orqanları demokratik cəmiyyətlərimizdə vacib missiya daşıyırlar.

"Dezinformasiya, təbliğat və nifrət yaradan müzakirələrin ifrat dərəcədə artdığı yeni media mühitində, ictimai mətbuat ədalətli rəyləri və doğru informasiyaları ilə informasiya xaosu fenomeni ilə mübarizə üçün əlverişli mövqeyə malikdir", - deyə sənəddə bildirilir.

Qətnamədə deyilir ki, maarifləndirmə proqramları həyata keçirməklə və insanlarda informasiya və gəldiyi mənbələrə münasibətdə tənqidi yanaşmanı inkişaf etdirməklə ictimai mətbuat dezinformasiya və propaqandaya qarşı mübarizədə yaxından iştirak etməlidir.

Assambleya üzv ölkələrə informasiya özbaşınalığının ictimaiyyətə təsirini öyrənmək məqsədilə informasiya xaosuna dair tədqiqatlar aparmağı tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.