Dünya

Pompeo Maduronu hakimiyyəti Quaidoya təhvil verməyə çağırıb

24 Yanvar 2019 08:04
0 Şərh     Baxış: 568
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın dövlət katibi Maykl Pompeo Venesuela prezidenti Nikolas Maduronu hakimiyyəti ölkə parlamentinin lideri Xuan Quaidoya təhvil verməyə çağırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, o, Venesuela xalqının Nikolas Maduronun diktaturasından kifayət qədər əziyyət çəkdiyini deyib.

"Venesuela xalqı Nikolas Maduronun faciəvi diktaturasından kifayət qədər əziyyət çəkib. Biz Maduronu getməyə və xalqın iradəsini təmsil edən qanuni liderə yol açmağa çağırırıq. ABŞ prezident Quaidonu ölkə azad və ədalətli seçkilərə hazırlaşıncaya qədər, Venesuelaya rəhbərlik edəcək keçid hökumətinin formalaşdırılmasında dəstəkləyir", - deyə o bildirib.

Daha əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.