Dünya

Venesuela ordusu Xuan Quaidonun prezidentliyini tanımır

24 Yanvar 2019 08:40
0 Şərh     Baxış: 1 227
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuela ordusu ölkə parlamentinin spikeri Xuan Quaidonu prezident kimi tanımır.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu ölkənin müdafiə naziri Vladimir Padrino Lopes deyib.

"Biz, Vətən əsgərləri, qaranlıq maraqların kölgəsində bizə sırınan və qanundan kənar özünü elan edilən prezidenti qəbul etmirik. Milli bolivarian silahlı qüvvələri konstitusiyanı müdafiə edir və milli suverenliyi təmin edir", - deyə o, "Twitter"də yazıb.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.