Dünya

"Lima qrupu" Xuan Quaidonun müvəqqəti prezidentliyini tanıyıb

24 Yanvar 2019 08:20
0 Şərh     Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Lima qrupu"nun 11 iştirakçı ölkəsi Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonun müvəqqəti prezidentliyini tanıyıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə təşkilatın məlumatında bildirilir.

"Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta Rika, Qvatemala, Honduras, Panama, Paraqvay və Peru hökumətləri, bu gün konstitusiya normaları və Nikolas Maduro rejiminin qeyri-qanuniliyinə müvafiq olaraq Bolivarian Respublikası prezidenti vəzifələrini müvəqqəti olaraq öz üzərinə götürən Milli Assambleya sədri Xuan Quaidonu tanıyır və onu tam dəstəkləyir", - deyə məlumatda qeyd olunub.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.