Dünya

ABŞ-da həbs edilən İran jurnalisti azad edilib

24 Yanvar 2019 08:02
0 Şərh     Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da həbs edilən İranın "Press TV" telekanalının jurnalisti Mərziyə Haşemi sərbəst buraxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə telekanal M.Haşeminin ailə üzvünə istinadən xəbər verir.

Jurnalistin sərbəst buraxılmasının təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Mərziyə Haşemi yanvarın 16-sı Missuri ştatının Sent-Luis şəhərində saxlanılmışdı. Ona qarşı heç bir ittiham irəli sürülməsədə, jurnalistin vacib məlumata sahib olan şahid qismində saxlanıldığı bildirilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.