Dünya

Suriya üzrə növbəti RF-Türkiyə-İran sammiti Rusiyada keçiriləcək - Putin

24 Yanvar 2019 08:38
0 Şərh     Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya üzrə növbəti RF-Türkiyə-İran sammiti yaxın zamanda Rusiyada keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları üzrə bildirib.

V.Putin deyib: "Biz cənab prezident ilə çox sıx işləyirik, mütəmadi olaraq görüşürük. Görüşlər həmişə zəngin və məhsuldar keçir. Bu isə praktik işdə yaxşı nəticələr verir. Onlar arasında Suriyada vəziyyətin nizamlanmasına həsr olunmuş və Astana prosesi çərçivəsində Ankarada və Tehranda baş tutmuş Rusiya-Türkiy-İran sammitləri çox faydalı olub".

Rusiya prezidenti qeyd edib ki, biz biz yaxın vaxtlarda Rusiyada növbəti belə sammit təşkil etmək barədə razılığa gəldik: "Biz cənab prezidentlə artıq görüşün təxmini vaxtı və yeri barədə razılığa gəlmişik. Biz bunu hələ iranlı tərəfdaşlar ilə razılaşdırmalıyıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.