Dünya

Venesuela ABŞ ilə diplomatik əlaqəni kəsir

24 Yanvar 2019 08:18
0 Şərh     Baxış: 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuela ABŞ ilə diplomatik əlaqəni kəsir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Venesuela prezidenti Nikola Maduro öz "Twitter" səhifəsində yazıb.

N.Maduro bildirib: "Mən Birləşmiş Ştatların hökuməti ilə bütün diplomatik münasibətləri kəsməyi əmr etmişəm".

Qeyd edək ki, daha əvvəl Venesuela Milli Assambleyasının (birpalatalı parlament) sədri və müxalifət lideri Xuan Quaydo özünü prezidentin vəzifəsini icra edən elan edib. ABŞ prezidenti Donald Tramp X.Quaydonu artıq Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.