Dünya

Venesuelada çevriliş: ölən və yaralananlar var - VİDEO - FOTO

24 Yanvar 2019 07:25
0 Şərh     Baxış: 2 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuelada prezident Nikolas Maduroya qarşı etiraz aksiyaları zamanı ölənlərin sayı altıya çatıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, iki nəfər San-Kristobal şəhərində keçirilən aksiyalarda ölüb.

Daha dörd nəfər Barinas ştatında baş tutan mitinqdə ölüb. Aksiyalar zamanı 30-dək adam yaralanıb.

Bildirilir ki, artıq bəzi Latın Amerika ölkələri müxalifət lideri Xuan Quaydonu Venesuela prezidenti kimi tanıyıb. Bunlar Çili, Paraqvay, Kolumbiya, Peru və Braziliyadır.

Nikolas Maduro isə ölkəsinin ABŞ-la diplomatik əlaqələri kəsdiyini bəyan edib. O, amerikalı diplomatlara Venesuelanı tərk etmək üçün 72 saat vaxt verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.