Dünya

Əri Kseniya Sobçakı xəyanət başında tutdu - Şok VİDEO

23 Yanvar 2019 19:49
3 Şərh     Baxış: 4 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maksim Vitorqan həyat yoldaşı, məşhur rusiyalı teleaparıcı Kseniya Sobçakın gizli eşq yaşadığı deyilən rejissor Konstantin Boqomolovla mübahisə edib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, mübahisə ilə başlayıb davayla bitən hadisə Moskvadakı restoranlardan birində baş verib.

Məlum olub ki, Kseniya Sobçak Boqomolovla restoranda yemək yeyərkən, həyat yoldaşı ora daxil olub və mübahisə etməyə başlayıb. Mübahisə davaya çevrildikdən sonra restoran əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb.

Davadan sonra Maksim Vitorqan həyat yoldaşı və sevgilisini orada qoyaraq, restoranı tərk edib. Lakin əsəbləri soyumayan Vitorqan yumruqla burnunu qırdığı Boqomolovu haqq-hesabı küçədə davam etdirməyə çağırıb. Hadisənin video-görüntüsü rezonansa səbəb olub.

Hadisə "Kseniya həyat yoldaşına xəyanət etdi" başlığı ilə gündəmə çıxarılıb.

Hadisənin video-görüntüsünü təqdim edirik:

Milli.Az 

Videonu izləmək üçün şəklə klikləyin:
Əri Kseniya Sobçakı xəyanət başında tutdu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.