Dünya

ABŞ-ın Vaşinqton ştatında qızılca xəstəliyi yayılır

23 Yanvar 2019 22:10
0 Şərh     Baxış: 582
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Vaşinqton ştatında qızılca xəstəliyinə tutulma ilə bağlı 22 hal təsdiqlənib. Klark dairəsinin səhiyyə xidməti virusun gözlənilmədən baş qaldırması ilə əlaqədar tədqiqata başlayıb. Dairədə fövqəladə vəziyyət elan edilib. Xəstəliyə yoluxanlar uşaqlar və 18 yaşadək olan yeniyetmələrdir. 16 uşaqdan 14 nəfəri qızılca əleyhinə peyvənd olunmayanlardır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, səhiyyə şöbəsinin dərc etdiyi təhlükəli ərazilər siyahısında yerli xəstəxanalar, xristian məktəbləri, Portlend beynəlxalq aeroportu və regionun bəzi kilsələri göstərilir. Qızılca yüksək yoluxuculuq dərəcəsinə malik kəskin infeksiyalı virus xəstəliyidir, yüksək hərarət (40,5 °C-dək), ağız boşluğu seliyinin və yuxarı nəfəs yollarının iltihabı, konyunktivit və dəri qatının ləkəli-düyüncüklü səpgisi, ümumi intoksikasiya (orqanizmin zəhərlənməsi) ilə xarakterizə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.