Dünya

Los-Ancelesdə tətil etmiş müəllimlər etiraz aksiyasının dayandırılması barədə ilkin saziş imzalayıblar

23 Yanvar 2019 21:15
0 Şərh     Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Los-Anceles müəllimləri çərşənbə axşamı məktəb dairəsinin nümayəndələri ilə tətilin dayandırılması barədə ilkin saziş imzalayıblar. Müəllimlər əməkhaqqının 6 faiz artırılmasına və siniflərdə şagirdlərin sayına məhdudiyyət qoyulmasına nail olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunlar həmkarlar ittifaqı ilə dairələrin hakimiyyət orqanları arasında ən mübahisəli məsələlər idi. Los-Anceles şəhəri və Vaşinqton dairəsi məktəblərdə xidmətlərin genişləndirilməsi, o cümlədən xeyli sayda tibb bacısı, məsləhətçi və psixoloqların işə götürülməsi üçün vəsait sərf edirlər.

İmzalanmış kontrakt həmkarlar ittifaqları tərəfindən təsdiq edilməlidir. Sazişin şərtlərinə görə, müəllimlər yanvarın 23-də səhər öz siniflərinə qayıdacaqlar. Müəllimlərin tətili ictimaiyyətin diqqətini belə bir fakta cəlb edib ki, ölkənin ən zəngin və liberal ştatlarından biri olan Kaliforniya dövlət məktəbləri üçün nisbətən az pul xərcləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.