Dünya

Berlin və Paris Axen sazişini imzalayıblar

23 Yanvar 2019 21:57
0 Şərh     Baxış: 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron yanvarın 22-də Axendə Almaniyanın federal kansleri Angela Merkel ilə imzaladığı sazişi iki ölkənin münasibətlərində yeni səhifə adlandırıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sənəd 1963-cü ildə Almaniya və Fransanın liderləri Konrad Adenauer və Şarl de Qoll arasında imzalanmış Yelisey müqaviləsinə bir əlavədir. Əlavədə yeni minilliyin qlobal çağırışları fonunda zəruri olan mühüm məsələlər yer alıb.

Axen sazişinin imzalanması Avropada, xüsusən Fransada çətin günlərə təsadüf edir. Köhnə qitəni silkələyən Brexit Avropanın birliyi üzrə skeptiklərin və inteqrasiya tərəfdarlarının Beşinci respublikanın gələcəyi ilə bağlı diskussiyalarına səbəb olub. İndi Parisi daxili ziddiyyətlər və "sarı jiletlər" aksiyaları bürüyüb.

Paris və Berlin yeni sazişdə alman-fransız maraqlarını beynəlxalq platformada, xüsusən BMT-də genişləndirmək, AFR və Fransanın rəqabət qabiliyyətini artırmaq, vətəndaş cəmiyyətləri arasında qarşılıqlı fəaliyyəti gücləndirmək barədə razılığa gəliblər. Makron və Merkel iki ölkənin münasibətlərinə xələl gətirmək istəyən qüvvələri də pisləyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.