Dünya

İtaliyalı nazir: "Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir"

23 Yanvar 2019 21:09
0 Şərh     Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Afrikanın 12-yə qədər ölkəsində pul çap edərək, öz dövlət borclarını ödəyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyanın əmək və sosial siyasət naziri Luigi Di Maionun söylədiyi bu fikri Fransa Xarici İşlər Nazirliyi həzm edə bilməyib. İtaliyalı səfir Teresa Castaldonu nazirliyə çağırılıb.

Eyni zamanda, L.D.Maio bildirib ki, əgər bu gün insanlar Afrikanı tərk edirlərsə, bu, bəzi Avropa ölkələrinin, xüsusilə də Fransanın ucbatındandır. Çünki bu ölkələr Afrikanı müstəmləkələşdirməkdə davam edirlər.

İtaliyalı nazir vurğulayıb ki, Afrika ölkələrini "kasıblaşdırdığı" üçün Avropa İttifaqı Fransaya sanksiyalar tətbiq etməlidir.

Fransa hakim dairələri Luigi Di Maionun sözlərinin "qəbuledilməz" olduğunu bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.