Dünya

Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edə bilər

23 Yanvar 2019 11:30
0 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin görüşü çərçivəsində Suriya böhranı ilə yanaşı, Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunacaq.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Türkiyə hökumətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, Türkiyə hər zaman Cənubi Qafqazdakı vəziyyəti, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını öz gündəmində saxlayır:

"Məhz Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı Cənubi Qafqazda sülh və sabitliyə əsas təhdiddir".

Qeyd edək ki, prezidentlər arasında görüş yanvarın 23-də Moskvada keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.